Tribuna İnformasiya Agentliyi

Yaponiyanın baş naziri İrana səfərini ləğv edib

04 İyul

Yaponiyanın Baş naziri Sindzo Abe İrana səfərini ləğv edib. Bu barədə “Japan Times” məlumat yayıb.

Bildirilib ki, səfərin təxirə salınması ABŞ Prezidenti Donald Trampın İran siyasəti ilə bağlıdır.

Qeyd edək ki, Yaponiyanın Baş naziri Sindzo Abenin iyulun ortalarında İrana səfər edəcəyi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, 1978-ci ildən sonra Yaponiyanın baş naziri İrana səfər etməyib.