Tribuna İnformasiya Agentliyi

Yaponiyada zəlzələ: 3 ölü, 200 yaralı

18 İyun

Son məlumata görə, təbii fəlakət nəticəsində 3 nəfər ölüb, azı 200 nəfər yaralanıb

Su borularında problem yaranıb, qatar səfərləri təxirə salınıb. Osakanın yaxınlığında yerləşən Mihama, Takahama və Ohi Atom Elektrik Stansiyalarında zədənin yaranmadığı deyilir.
***
Yaponiyanın 2-ci ən böyük şəhəri Osakanın şimalında güclü zəlzələ meydana gəlib.
TİA.AZ  xəbər verir ki, zəlzələnin gücü 5,9 bal qiymətləndirilib. Təkanla əlaqədar sunami xəbərdarlığı edilməyib.
Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur. (qaynarinfo.az)