Tribuna İnformasiya Agentliyi

Yaponiyada keçmiş yakudza lideri edam edildi

27 Dekabr
Yaponiyada yakudza qanqsterlərinin keçmiş rəhbəri Keyzo Okamoto və menecment firmasının sabiq işçisi Hiroya Suemori edam edilib.
Qaynarinfo Japan Times-a istinadən xəbər verir ki, 60 yaşlı Okamoto və 67 yaşlı Suemorinin edamı barədə ədliyyə naziri Takaşi Yamaşita məlumat paylaşıb. Hər iki şəxs Osakadakı saxlama mərkəzində zərərsizləşdirilib. Cinayətkarlar 1988-ci ildə “Cosmo Research” şirkətinin prezidentini öldürərək 100 milyon Yaponiya Yeni oğurlayıb. Qatillər prezidentin cəsədini betona basdıraraq Kyoto dağına atıb.
Qeyd edək ki, bu, baş nazir Şinzo Abenin hakimiyyətə gəldiyi 2012-ci ildən bəri 36-cı edamdır.