Tribuna İnformasiya Agentliyi

Yaponiyada güclü qar həyatı iflic etdi – VİDEO

12 Yanvar

Yaponiyanın şimal-qərbinə və şimalına misli-görülməmiş güclü qar yağıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Yaponiya mətbuatına istinadən məlumat yayıb.

Ən qalın qar təbəqəsi Niiqata, Fukui, İsikava, Toyama prefekturalarına düşüb.

“Həmin ərazilərdə qarın qalınlığı 78 santimetrə çatır ki, bu da normadan 10 dəfə çoxdur”, – deyə ölkənin Baş Meteorologiya İdarəsi bildirib.

Bir çox  yaşayış məntəqələrində əlverişsiz hava şəraiti ilə bağlı məktəblər bağlanıb. İsikava və Toyama prefekturalarında qar yığınına görə 100-ə yaxın avtomobil əsas dağlıq yolla qalxa bilmir.

Sinoptiklər qarın həftəsonu da yağmağa davam edəcəyini proqnozlaşdırır. Yaponiyanın qərb sahillərində qar çovğununun gözlənildiyi bildirilir.

Ötən gün Niiqata-Naqaoku istiqamətində hərəkət edən sərnişin qatarı güclü qarla əlaqədar hərəkətsiz vəziyyətdə qalıb və yüzlərlə sərnişin gecəni vaqonlarda keçirməli olub.Dəmiryolu xidmətinin əməkdaşları səhər saatlarında qatarda olan sərnişinlərə su və ərzaq gətirib.

Qeyd edək ki, Sandze şəhərində yolda qalmış qatarda 600 sərnişin və heyət üzvü olub.