Tribuna İnformasiya Agentliyi

Yaponiyada 6 nəfər edam edilib

26 İyul
Yaponiyada “Aum Şinrikyo” ekstremist sektasının haqqında ölüm cəzası çıxarılan altı üzvü barədə hökm icra olunub.
TİA.AZ  xəbər verir ki, bu barədə Yaponiyanın ədliyyə naziri xanım Yoko Kamikava iyulun 26-da keçirilən mətbuat konfransı zamanı məlumat verib. Bununla da Yaponiya hökuməti əvvəllər haqqında ölüm cəzası çıxarılan sektanın bütün üzvləri barədə hökmü icra edib.
Xatırladaq ki, cari ayın əvvəllərində “Aum Şinrikyo” sektasının əsasını qoyan Syoko Asahara adı ilə tanınan Tizuo Matsumoto da daxil olmaqla, yeddi rəhbəri barədə ölüm hökmü icra edilmişdi. Bu ekstremistlərin ən böyük cinayəti 1995-ci ilin martında Tokio metrosunda zarin qazı vasitəsilə insanlara hücum etmələri olmuşdu. Həmin vaxt 13 nəfər həlak olmuş, 6 min 300 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.