Tribuna İnformasiya Agentliyi

Yaponiya Rusiyada adaları almağa qərarlıdır

04 Oktyabr

Yaponiya hökuməti Rusiya ilə danışıqları yeni səviyyədə aparmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe danışıb.

Onun sözlərinə görə, danışıqların aparılması ərazi probleminin həlli üçün vacibdir.

“Ərazi problemini həll edib sülh müqaviləsi imzalayacağıq. 1956-cı ilin SSRİ-Yaponiya birgə deklarasiyası istinad götürülməlidir. Biz danışıqları yeni mərhələyə daşıyıb yapon-rus münasibələrində böyük imkanlara yol açacağıq”, – Abe bildirib.