Yaponiya Olimpiya Oyunlarına xarici azarkeşləri buraxmayacaqbackend

Yaponiya Olimpiya Oyunlarına xarici azarkeşləri buraxmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tokioda baş tutacaq Olimpiya Oyunları xarici azarkeşlər olmadan keçiriləcək.
Bu barədə “Kyodo News” məlumat yayıb.
Məsələ barədə məlumatlı mənbələr nəşrə təsdiqləyiblər ki, dünyada epidemioloji vəziyyətin pis olacağı halda yarışlara xarici azarkeşlərin buraxılması mümkün deyil.
İlkin məlumatlara görə, Yaponiya hökuməti apreldə Olimpiya Oyunlarında iştirak edə biləcək maksimum azarkeş sayını açıqlayacaq. /Oxu.az