Yaponiya hökuməti tam tərkibdə istefa verdibackend

Yaponiya hökuməti tam tərkibdə istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaponiya hökuməti tam tərkibdə istefa verib.
TİA.AZ xəbər verir ki, bu haqda “Kyodo” xəbər agentliyi məlumat yayıb. Qeyd edilir ki, istefaya səbəb parlamentin aşağı palatasının səlahiyyət müddətinin başa çatması və yeni tərkibin seçilməsi olub. Bununla bağlı oktyabrın 4-də Fumio Kişida baş nazir vəzifəsinə seçildikdən sonra formalaşan kabinet buraxılmalı və yenidən təyin edilməlidir.
Ehtimal olunur ki, çərşənbə günü parlamentin növbədənkənar iclasında Fumio Kişida yenidən ölkənin baş naziri seçiləcək, bundan sonra o, yeni kabinetin tərkibini açıqlayacaq. Proqnozlara görə, onun tərkibinə əvvəlki heyətin demək olar ki, bütün nazirləri daxil olacaq. Yeganə istisna xarici işlər naziri olacaq: o, dəyişdiriləcək, çünki hazırkı nazir hakim Liberal Demokrat Partiyasının baş katibi vəzifəsinə keçib.
Yenidən seçildikdən sonra Kişidanın həcmi 30 trilyon yen (265 milyard dollar) olaraq qiymətləndirilən iqtisadi bərpa tədbirləri paketi təklif edəcəyi gözlənilir. Tədbirlər paketi noyabrın 19-dək formalaşacaq və onun həyata keçirilməsi üçün Kişida ilin sonuna kimi cari maliyyə ili üçün əlavə büdcəni parlamentdən keçirməyi planlaşdırır.