Yaponiya da öz səmasını Belarusun üzünə bağlayır: “Hətta xahiş etsələr də…”backend

Yaponiya da öz səmasını Belarusun üzünə bağlayır: “Hətta xahiş etsələr də…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaponiya hökuməti uçuş marşrutlarının Belarus ərazisindən yan keçərək dəyişdirilməsi təklifi ilə milli hava yollarına müraciət etməlidir.
TİA.AZ xəbər verir ki, bu sözləri Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato deyib və bu cür tədbirlərin “Ryanair” təyyarəsinin Minskə təcili eniş etməsi ilə bağlı olduğunu bildirib.
“Belə bir vəziyyətin təkrarlanma riski istisna edilə bilməz, bu səbəbdən uçuşlar zamanı Belarusun hava sahəsindən yan keçmək istəyi ilə hava daşıyıcılarına müraciət edirik”, – siyasətçi deyib.
Kato “Ryanair” təyyarəsindəki hadisədən sonra Yaponiyanın Belarus hava yolu şirkəti “Belavia” üçün öz hava sahəsini bağlamağa və “hətta xahiş edərlərsə belə” reyslərini qəbul etməməyə qərar verdiyini söyləyib.
Siyasətçi Yaponiya səlahiyyətlilərinin təyyarənin “məcburi” enişini və göyərtədəki bir sərnişinin həbs olunmasını qınadığını vurğulayıb.