Yaponiya benzin və dizel avtomobillərindən imtina edirbackend

Yaponiya benzin və dizel avtomobillərindən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hökuməti 2030-cu ilin ortalarınadək benzin və dizel avtomobillərinin satışına son qoymaqla bağlı bu ilin sonunadək tədbirlər planı hazırlyacaq.

TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat, ticarət, sənaye naziri Hiroşi Kaciyama mətbuat konfransı zamanı bildirib.

Nazirin dediyinə görə, karbon qazı və atmosfer havasının isinməsinə təkan verən başqa istilik qazlarının buraxılmasını 2050-ci ilədək dayandırmaqla bağlı qarşıya qoyulan hədəfə çatmaq üçün bu, zəruridir: “Elektromobillərin tətbiqi də bu planın mühüm parçalarından biridir”.

Hökumətin planına əsasən, 2030-cu illərin ortalarından ölkədə satılan yeni nəqliyyat vasitələri yalnız elektrikli, hybrid və hidrogenli avtomobillər olacaq. Hazırda Yaponiyada xeyli sayda hybrid avtomobil modelləri istehsal olunsa da, elektrikli və hidrogenli avtomobillərin istehsalı cüzidir.