Tribuna İnformasiya Agentliyi

Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin iclası keçiriləcək

21 May

Mayın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri, İTOCHU Koorporasiyasının sədr müavini Yoiçi Kobayaşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

TİA.AZ-ın məlumatına görə, görüş zamanı Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin noyabrda keçiriləcək növbəti iclasına hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.