Tribuna İnformasiya Agentliyi

YAP konfranslara başlayır

28 Mart

Aprel ayından Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə başlanılacaq. 

Aprel ayından Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə başlanılacaq.

TİA.AZ  Trend-ə istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, konfransların keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb, ilk təşkilatların hamısında hesabat-seçki yığıncaqları keçirilib, konfranslara nümayəndələr seçilib.

Yerli təşkilatlara yeni sədrlərin seçilməsi məsələsinə gəlincə isə S.Novruzov bildirib ki, bu, partiyanın nizamnaməsinə uyğun olaraq konfrans nümayəndələrinin səlahiyyətinə aid olan bir məsələdir: “Ötən konfranslardan indiyə qədər partiyanın sıralarına yeni insanlar daxil olub, hər bir rayon və şəhər təşkilatının sıraları genişlənib, xüsusilə gənclərin və qadınların sayı artıb. Ona görə də əgər təşkilat sədri bugünki ictimai-siyasi vəziyyətə cavab vermirsə, təşkilat üzvlərini qane etmirsə, təbii ki, burada qərar konfrans nümayəndələrinindir və onlar da öz qərarlarını verəcəklər”.

S.Novruzov bildirib ki, bu il ərzində konfransların yekunlaşdırılması nəzərdə tutulur: “Növbəti il seçki ilidir. Artq növbəti ildən biz bütün fəaliyyətimizi seçkilər istiqamətində təşkil edəcəyik. Əslində elə konfransların keçirilməsi, partiya sıralarına nəzər yetirilməsi, ilk təşkilatlarla rayon və şəhər təşkilatları arasında əlaqələrin gücləndirilməsi və digər işlər də partiya məsələlərinin tam həll olunması və partiyamızın seçki prosesinə tam hazır olması üçün həyata keçirilir”.