YAP-ın tərkibi yenilənir – Növbədənkənar qurultayın tarixi açıqlandıbackend

YAP-ın tərkibi yenilənir – Növbədənkənar qurultayın tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək. Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.Musavat.com YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adını açıqlayıb. Onlar YAP sədrinin 4 müavinindən 2-si olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti).

Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov – baş nazirin sabiq müavini, Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev – Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov-(BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları İdarə Heyətindən uzaqlaşdırılacaq.

YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da siyahıdan çıxarılacaq.

Bir sözlə, iqtidar yarımməxfi YAP əməliyyatı hazırlayıb, bütün neqativ yüklərdən qurtulmaq, hakim partiyanı islah etmək və yeniləmək barədə qərar verib.

TİA.AZ