YAP-çılara verilən mənzillərlə bağlı yoxlamalar aparıla bilərbackend

YAP-çılara verilən mənzillərlə bağlı yoxlamalar aparıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri üçün tikilən yaşayış binası ilə bağlı da yoxlamalar aparıla bilər.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, jurnalistlər üçün tikilən bina ilə bağlı aparılan araşdırmalar zamanı korrupsiya faktlarının üzə çıxması diqqəti YAP-çıların binasına yönəldib.
İddia olunur ki, YAP-ın özündə də binanın tikintisi ilə bağlı yoxlamaların aparılmasını istəyənlər var. Özü də bu fikirdə olanlar yalnız maliyyə yoxlamasının deyil, mənzillərin kimlərə verildiyinin araşdırılmasını məqsəduyğun sayırlar. Çünki jurnalistlərin binasında olduğu kimi YAP-çıların binasında da haqqı olmayanlara mənzil verildiyi barədə iddialar var.
Məlumat üçün deyək ki, YAP-çıların binası da Səbail rayonunda, Bibiheybət qəsəbəsində jurnalistlərin binasının yaxınlığındadır. Bina 2017-ci ildə inşa edilib.
Bir müddət əvvəl Hesablama Palatasının YAP-da yoxlamalar apardığı barədə məlumat yayılmışdı. O zaman pariyanın qurucu üzvlərindən olan Musa Musayev bu yoxlamaların zəruri olduğunu qeyd etmişdi. Çünki YAP uzun illər bu gün hakimiyyət komandasından uzaqlaşdırılan məmur korpusunun nəzarətində olub və partiyadan az qala şəxsi təsərrüfat kimi istifadə edilib. YAP-ın qurucuları, partiyada xidmətləri olanlar narazı salınıb və müxtəlif vasitələrlə təşkilatdan uzaqlaşdırılıb.