backend

Yanğında ölən uşaq məşhur iş adamının oğlu imiş – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 9-da Cəlilabad rayonunda fərdi yaşayış evinin yanması nəticəsində tüstüdən boğularaq ölən 7 yaşlı Hüseyn Əliyev məşhur iş adamının oğlu imiş. 

İyulun 9-da Cəlilabad rayonunda fərdi yaşayış evinin yanması nəticəsində tüstüdən boğularaq ölən 7 yaşlı Hüseyn Əliyev məşhur iş adamının oğlu imiş.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, vəfat edən H.Əliyevin atası Əliyar Əliyev “Woodpecker” mebel fabrikinin sahibidir. Onun 2 qızı və 1 oğlu olub. Hüseyn isə evin ən kiçik uşağı olub.

Qeyd edək ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.  

Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.