“Yalnız bizdə yeni nazirlər köhnə kadrları çıxarır, öz adamlarını işə götürür” – DEPUTATbackend

“Yalnız bizdə yeni nazirlər köhnə kadrları çıxarır, öz adamlarını işə götürür” – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim bir öldürülən əsgərimizə qarşı 10-20 erməni əsgərinin öldürülməsi ilə cavab verməliyik”.

TİA.AZ xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.

O qeyd edib ki, bu günlərdə Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözlənilən məsələdir: “Bu prosesləri səbrlə irəli aparmalıyıq”.

Millət vəkili həmçinin çıxışında yeni təyin edilən məmurların fəaliyyətindən narazılıq edib. O qeyd edib ki, son vaxtlar yeni təyin olunan məmurlar haqda çoxsaylı şikayət alır: “Yenilər gələn kimi ərizələr yığmağa başlayır. Məmuru qorumağın mexanizmi tapılmalıdır. Təbii ki, kmsə qaranlıq yollarla işə düzəlibsə, onu aşkara çıxarmaq olar. Ancaq digər məmurlara qarşı bunu etmək olmaz. Bu proses yalnız Azərbaycandadır ki, yeni gələn nazirlər köhnə kadrları işdən çıxarır, əvəzində isə öz adamlarını işə götürür”.