Yalçın Rzazadə Lənkəranda dəfn ediləcəkbackend

Yalçın Rzazadə Lənkəranda dəfn ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün vəfat edən Azərbaycanın Xalq artisti Yalçın Rzazadənin dəfn ediləcəyi yer məlum olub.

Mərhumun oğlu Orxan Rzazadə  açıqlamasında bildirib ki, Xalq artisti Lənkəran rayonu, Liman qəsəbəsində torpağa tapşırılacaq.

Mərhumun cənazəsi bu gün saat 12:00-da yaşadığı mənzildən götürüləcək və Lənkərana aparılacaq.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən 74 yaşında dünyasını dəyişib.