“Yalandan deyirlər ki, kərə yağıdır” — Yediyimiz təhlükə – VİDEObackend

Satışda saxta kərə yağları var.

ARB TV –nin “Günə doğru” verilişində bu məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.

Eyyub Hüseynov – AİB sədri: “Bu cür saxta markalanmış, bəzən də üzərinə inək şəkli çəkilmiş, istehlakçıları inək şəkilini görüb, natural yazısını oxuyub kərə yağını düşündüyü yağlar əksər hallarda heç kərə yağları ilə əlaqəsi olmur”.

İlk baxışdan kərə yağı kimi görünsə də, tərkibi kimyəvi maddələrdən ibarətdir. Hətta əsl yağ təəssüratı yaratsın deyə, kərə dadı və qoxusu da verilir.

İsa Əliyev – Qida mühəndisi: “Bitkisəl yağı süd qazanının içinə qoyurlar və onu qaynadırlar. Daha sonra həmin yağı çəkirlər. Və o yağdan artıq südün dadı, tamı gəlir”.

Sakin: “Təbii məhsul yoxdur. Yalandan deyirlər ki, kərə yağıdır. Ona görə də xəstəliklər çoxalır”

Sakin: “Hərdən eşidirəm ki, bu deyəsən bu satılanlar əsl kərə yağı deyil”.

Əsl kərə yağı almaq istəyənlər əvvəlcə onun qiymətinə fikir verməlidilər.

İsa Əliyev – Qida mühəndisi: “Bu gün bazarda 4-5 manata nehrə yağı və kərə yağı satırlar. Bunlar heç bir şəkildə kərə yağı və nehrə yağı deyil”.

Halbuki, 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 50-60 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri istehsal, daşınma və satış xərcləri də nəzərə alınmaqla, 10-12 manatdan az olmamalıdır.

Eyyub Hüseynov – AİB sədri: “İstehlakçılar üçün məlumat standartı olmadığından satıcılar, istehsalçılar  bu cür jestlərlə insanları aldadırlar. Yəni deyir bu doğurdan da natural yağdır, əslində isə bitki yağıdır. Südün qiyməti də məlumdur və ondan alınan yağın da qiyməti ortaya çıxır. Təxminən bilmək olur ki, həmin qiymətə kərə yağının satılması normal hal deyil”.

Kərə yağı solğun sarı rəngdə olur. Tünd sarı, narıncı rəng yağa boya maddələrinin qatıldığını göstərir.

Bəhruz Qəlbinur – Kulinar: “Baxan kimi, istifadə edən kimi, dadından, qoxusundan, tərkibindən, yumşaqlığından hiss olunur. Məsələn palma tərkibli yağlar toxunanda ərimir. Çünki o bədən temperaturundan yüksək dərəcədə əriyir. Kərə yağı toxunan kimi əriyir. Əl istiliyinə, əl hərarətinə əriyir”.

Xatırladaq ki, bu günlərdə AQTA paytaxtdakı məşhur marketlərdən birində Belorusskaya Korova əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyini aşkar edib. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Bizim market şəbəkələrinin 14 filialından ümumilikdə 12 ton 575 kq məhsulun satışının dayandırılması barədə qərar qəbul edilib və göstərilən məhsul partiyası dövriyyədən çıxarılıb.


Bulud VPS
9.99 ₼ -dan başlayan qiymətlərlə
* 25 GB SSD Disk Həcmi
* 1 vCore
* 1 GB RAM
* 1TB Trafik
* 1 IPv4 ünvan
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/cloud-vps-hosting/