Tribuna İnformasiya Agentliyi

YADPLANETLİLƏR yoxsa METEORİT? – UNO sakinləri təlaşa saldı – VİDEO

09 Avqust

Rusiyanın Yuqra şəhərinin 100-lərlə yerli sakini səmada kosmik obyektlərin uçuşunun şahidi olublar.

Sakinlər Nefteyuqansk – Surqut avtomobil yolunun üzərində yadplanetli obyektlərin fəallığını videoya çəkə biliblər.

Videoçarx kanalların birində dərc ediləndən dərhal sonra şəbəkə istifadəçiləri UNO-nun uçuşunu şərh etməyə başlayıblar. Bəziləri onun meteorit olduğunda təkid etsələr də, başqaları əmindirlər ki, bu, “gəlmələr” idi.

 Səmadakı sirli predmet haqda daha dəqiq məlumatı ufoloqlar verəcək.