Tribuna İnformasiya Agentliyi

Yəməndə 10 media üzvü qətlə yetirilib

02 Yanvar
Yəmən Jurnalistlər Birliyi 2018-ci ildə baş verən jurnalist qətli ilə bağlı hesabat yayımlayıb.
Qaynarinfo xəbər verir ki, ötən il Yəməndə 10 media işçisi qətlə yetirilib. Qətlə yetirilənlər arasında müxbir və operatorlar var. Koalisiya qüvvələri 5, Husilər 3, qeyri-müəyyən şəxslər isə 2 jurnalistin ölümünə səbəb olub.
Media üzvlərinə, ofislərə, saytlara, fotoqraflara qarşı ümumilikdə 226 qanun pozuntusu qeydə alınıb. Bunlardan 136-sı Husilərin, 68-i hökumət, 11-i koalisiya qüvvələrinin, 9-u qeyri-müəyyən qrupun, 2-si isə Cənub Hərəkatının payına düşür.
Yəmən hökuməti, koalisiya qüvvələri və Husilər məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.