XXI əsrdə insanların maksimum ömrü hesablandı – Gözlənilməz nəticəbackend

XXI əsrdə insanların maksimum ömrü hesablandı – Gözlənilməz nəticə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnsanların ömrü yavaş-yavaş artacaq və bu əsrin sonunda 125-130 yaşa çata biləcək.
TİA.AZ xəbər verir ki, bu nəticəyə Vaşinqton Universitetinin alimləri gəlib və material Demografik Tədqiqat (Demographic Research) jurnalında dərc edilib.
Ehtimalları qiymətləndirmək üçün Bayes yanaşmasından istifadə edən mütəxəssislər 2020-dən 2100-dək 13 ölkədə qeydə alınan maksimum ölüm yaşının proqnozlarını təqdim ediblər:
10 Avropa ölkəsi, həmçinin Kanada, Yaponiya və ABŞ. 124 ilə qədər yaşamaq ehtimalının 99%, 127 ilə qədər 68%, 130 yaşa qədər – 13% olduğu ortaya çıxıb. Ancaq alimlərin yekun fikrinə görə, bu əsrdə insanlar çətin ki, 135 yaşına qədər yaşaya bilələr.
Xatırladaq ki, uzun ömür üçün mütləq rekord 122 il 164 gün (1875 – 1997) yaşayan fransız qadın Janna Kalmana məxsusdur. Dünyanın ən yaşlı insanı hazırda 118 yaşlı yaponiyalı Kane Tanakadır.