“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı – Videobackend

“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində rayonun “Xutor” adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb.

Həmin şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.