XÜSUSİ TƏYİNATLI GİZİRİN GÖLDƏ BOĞULMASINDA MÜƏMMA – AİLƏSI İNANMIR…backend

XÜSUSİ TƏYİNATLI GİZİRİN GÖLDƏ BOĞULMASINDA MÜƏMMA – AİLƏSI İNANMIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1993-cü il təvəllüdlü gizir Əliyev Heydər Rövşən oğlu Sabirabadın Balahəşimxanlı kəndində doğulub. Hərbi xidmətini sərhəd zastavasında başa vurduqdan sonra 2016-cı ildən müddətdən artıq hərbi xidmətə başlayıb. SAT kursunu və quru qoşunlarının təlimini keçərək xüsusi təyinatlı kəşfiyyatçı istehkamçı sertifikatını alıb.
TİA.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 2-də yaralanaraq “barotravma” diaqnozu ilə hospitala yerləşdirilsə də, bir neçə gün sonra yenidən döyüşə qayıdıb. Müharibənin sonuna qədər döyüşüb. “Cəbrayılın, Füzulinin, Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli” medalları ilə təltif olunub.
Qardaşı şəhid olmuş Elyar İslamoğlu bu detalları yazıb. Onun sözlərinə görə, 18 mart 2021-ci il tarixdə bir həftəlik evə məzuniyyətə gedib, nişanlanıb: “28 mart 2021-ci il tarixdə hərbi hissəyə qayıdan XTKB giziri Əliyev Heydərin iki gün sonra (30 mart 2021-ci il) Xocavənd ərazisində göldə boğulma xəbəri atasına verilib. O yaxşı üzgüçü və güləşçi olduğundan atası onun boğulmasına inanmır. XTKB giziri Əliyev Heydər dəfn edildikdən sonra onun ailəsilə maraqlanan olmayıb”.