Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər – RƏSMİ AÇIQLAMbackend

Xüsusi karantin rejimi sərtləşdirilə və uzadıla bilər – RƏSMİ AÇIQLAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xüsusi karantin rejiminin müddətinin artırılması vəziyyətdən asılıdır. Yoluxmanın dinamikası və qayda pozuntusu halları bugünkü kimi qalarsa, xüsusi karantin rejimi aprelin 20-dən sonra da artırıla bilər”.

TİA.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hər şey hadisələrin inkişafından asılıdır:

“Aprelin 20-dən sonra xüsusi karantin rejimi daha da sərtləşdirilə bilər. Vətəndaşlar arasında qaydaları pozanlar çoxdur. Külli miqdarda saxta jurnalist vəsiqələri və icazələrlə dolaşırlar”.

İlhamə Əbülfət