Tribuna İnformasiya Agentliyi

Xüsusi ət kəsimi və satışı mərkəzləri yaradılır

16 Dekabr

Növbəti il aqropark və biznes inkubatorları üçün idarəetmə strukturunun formalaşdırılması, 2018-ci ilin sonuna kimi yeni aqroparkın və biznes inkubatorunun yaradılması və fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur. 

Növbəti il aqropark və biznes inkubatorları üçün idarəetmə strukturunun formalaşdırılması, 2018-ci ilin sonuna kimi yeni aqroparkın və biznes inkubatorunun yaradılması və fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur.

TİA.AZ-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” öz əksini tapıb. Qeyd olunub ki, 2020-ci ilə kimi Azərbaycanda bir aqroparkın real ÜDM-ə birbaşa təsirinin 135 milyon manat, dolayı təsirinin isə 220 milyon manat olmaqla, ümumilikdə 355 milyon manat olacağı proqnozlaşdırılır.

Aqroparkın 2018-ci ilə kimi fəaliyyətə başlaması əsas indikator hesab edilir. Bu müəssisələrdə 7725 nəfər üçün birbaşa və dolayı məşğulluq imkanının yaranacağı proqnozlaşdırılır. Eyni zamanda, 2020-ci ilə kimi hər region üzrə uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur. Bu prioritetin həyata keçirilməsi üçün 350 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır.

Bundan başqa Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış infrastrukturunun təkmilləşdirilməsi tədbirləri çərçivəsində müvafiq tələblərə uyğun ət kəsimi və satışı mərkəzlərinin yaradılmasına başlanılıb. Sənədə görə, artıq Bakı şəhərinin ərazisində bu cür 3 satış mərkəzinin təşkili üçün yerlər müəyyən olunub, onların tikilməsi üçün müvafiq layihələndirmə işləri aparılıb.