Xuduoğlu Operativ Qərargaha müraciət etdi: “İnqilabi ruh toxtayana qədər…”backend

Xuduoğlu Operativ Qərargaha müraciət etdi: “İnqilabi ruh toxtayana qədər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib.
TİA.AZ  xəbər verir ki, direktor müraciətində sərt karantin rejimində kitab dükanlarının açılmamasından narahat olduğunu dilə gətirib:

 

Bəs dünya kitabı COVID-19 dönəmini necə yaşayır?
Şahbaz Xuduoğlunun sözlərinə görə, hələ aprelin 20-dən Almaniyada kitab dükanları yenidən işləməyə başlayıb:
“Berlində COVID-19 dönəmində kitab dükanları ümumiyyətlə, bağlanmayıb. 1 ay qapalı qalandan sonra kitab dükanlarının cəmiyyət üçün əvəzedilməz olduğu qənaətinə gəldilər və ölkə boyu işləməsinə icazə verildi. Alman Naşirlər və Kitabçılar Assosiasiyasının məlumatına görə, 4 həftə ərzində kitab dükanlarına 543 milyon avro ziyan dəyib. Kitab dükanları açıq olsa da, alıcılıq xeyli aşağı düşüb: həm dükanlara gələnlər azalıb, həm də insanlar öz xərclərini azaldır. Türkiyədə də kitab dükanlarının əksəriyyəti işlədi. Türkiyə Yayınçılar Birliyi “Pandemiya günlərində bölgələrdə kitab evlərinə dəstək olaq” şüarı ilə cəmiyyətə müraciət etdi. Dövlət kreditlər və yardımlarla kitab sektorunu əvvəlki halına qaytarmağa çalışır”.
Şahbaz Xuduoğlu bəzi yerlərdə vətəndaş cəmiyyətinin təmsilçilərinin evdə qalanlara ərzaqla yanaşı, kitab yardımı kampaniyasının təşkil olunduğunu vurğulayıb:
“Beynəlxalq yarmarkalar təxirə salındı. Düzdür, Frankfurt hələ də oktyabrda nəzərdə tutulan yarmarkanı keçirməyə ümid edir.
American Association of Publishers (AAP) kitabçılara və kitabxanalara dəstək almaq üçün Konqresə məktub göndərdib. Konqresdən istənilən məbləğ 2 milyard dollardır. Britaniya dövləti 100 faizlik zəmanətlə aşağısı 50 min funtdan başlayaraq, naşirlərə, kitabçılara kreditlər şəklində yardım erməyə başlayıb.
Dünyanın hər yerində müxtəlif formalarda kitaba dəstək olmağa çalışırlar. Bəzi yerlərdə dövlət kitabxanalar üçün nəşriyyatlardan daha çox kitab almağa başladı, hansı ki, bu da yardımın bir formasıdır. Vergilərdən, kommunal ödənişlərdən azad etdilər.
Bəs bizdə?..”
Direktorun fikrincə, belə bir vəziyyətdə dükanların fəaliyyətini  dayandırmaq kitabı daha da böhranlı duruma sürükləyir:
“Çox istərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejimi dövründə kitab dükanlarının işləməsinə icazə verilsin”.