XTQ zabiti əməkdar artistə canlı yayımda belə evlilik təklifi etmişdi – VİDEObackend

XTQ zabiti əməkdar artistə canlı yayımda belə evlilik təklifi etmişdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni, Azərbaycanın əməkdar artisti Nigar Şabanova nişanlanıb.
Bu barədə Azərbaycan Televiziyasının solisti öz “Instagram” hesabından məlumat verib.

Nigar Xüsusi Təyinatlı Qüvvəllərin giziri ilə nişanlandığını açıqlasa da, hərbçinin kimliyi barədə məxfilik səbəbindən məlumat vermədiyini bildirib.
TİA.AZ xəbər verir ki, müğənniyə aylar öncə XTQ zabiti tərəfindən ARB televiziyasında yayımlanan “Həmin Zaur” verilişində evlilik təklifi olunmuşdu.
Verilişin gedişatında studiyaya gül göndərən hərbçi Nigar Şabanova ilə evlənmək istədiyini bildirmişdi. Müğənni aylar öncə yayımlanan verilişdə pilot, gəmiçi və hərbçi xanımı olmaq istəmədiyini bildirmiş və bunun səbəbini də izah etmişdi.
Verilişdəki həmin kadrları təqdim edirik: