XTQ-nin şəhid giziri Kürdəmirdə dəfn edildi – FOTObackend

XTQ-nin şəhid giziri Kürdəmirdə dəfn edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri, 1991-ci il təvəllüdlü Nəzər Əzizov Kürdəmir rayonunda dəfn edilib.
TİA.AZ xəbər verir ki, 31 yaşlı şəhidimizin nəşi doğulub boya-başa çatdığı rayonun Dəyirmanlı kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Mərasimdə N.Əzizovun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. N.Əzizov düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.