Tribuna İnformasiya Agentliyi

Xoşqədəm Hidayətqızı polisə müraciət etdi: “Mənə hədə-qorxu gəlirlər”

10 Oktyabr

Xəzər televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı
Dubayda itkin düşən azərbaycanlı Elçin Hacıyevin işinə görə təhdid edildiyini bildirib.

BiG.AZ xəbər verir ki, bunu verilişin bugünki buraxılışında aparıcı özü bildirib.

O qeyd edib ki, Dubayda apardığım araşdırmalara görə onu hədələyirlər: “Bunu Xanım ana da bilir. Mən təhlükəsizliyimi təmin etmək üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyəm. Mənim hər iki vəkilim buradadır”.

Qeyd edək verlişə çıxan ana Xanım Hacıyeva bildirib ki, oğlu 6-7 ildir ki, Dubaya gedib gəlib: “2017-ci ilin sentyabrında mən qızımla birgə Dubaya getdim. 2 gün orada qaldıq. Əhvalı yaxı deyildi. Hər dəfə deyirdi ki, bəlkə mən öldüm. Bizi aparıb gəzdirdi, bacısına hər şey alıb Azərbaycana yola saldı. Bizə hər dəfə deyirdi ki, bəlkə öldüm, heç geri qayıtmadım. Geri qayıtdıqdan bir-neçə gün sonra oğluma zəng çatmadı. Dostuna zəng vurdum, bildirdi ki, Elçin səhər gedir, axşam qayıdır. Bilet alıb Dubaya getdim. Məni dostu Teymur qarşılayıb evə apardı. Oğlumun hər şeyi evdə idi. Mən dostuna dedim niyə yalan danışırsan. Elçini sənin yanında oğurlayıblar. Gəl birlikdə polisə gedək. Səxavət adlı dostu ilə polis bölməsinə girəndə Teymur aeroporta qaçıb. O, Ukraynaya, ordan da Bakıya gəlib. Oğlumun itməsində Kənanın, Ülvinin, Vüsalənin, Teymurun əli var. Teymur özü oğlumu ələ verib. Elçinin Kənanla mübahisəsi düşüb. Kənan mənə dedi ki, 40 min dollar ver, oğlunu Novruz bayramına kimi çıxardıb gətirəcəm. Nə oğlumu gətirdi, nə də bir xəbər çıxmadı. Artıq bir ildir ki, yoxa çıxıb”.