Xoşbəxtlik hormonu Oksitosini necə artırmalı? – 7 ÜSULbackend

Xoşbəxtlik hormonu Oksitosini necə artırmalı? – 7 ÜSUL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oksitosin beyində həyatdan zövq, xoşbəxtlik hisslərini yaradan hormondur.

Oksitosin həm də doğuş hormonu adlanır. Qadın övladını dünyaya gətirəndə ana ilə körpə ilk dəfə bir-birinə təmas edəndə həm uşaqda, həm anada bu hormon 100 qat artır.

Stresli vəziyyətlərdə, dünyadan üz döndərəndə bu hormonu artırmaq üçün mümkün olan hər bir şeyi sınamalısız.
TİA.AZ oksitosini artırmağın 7 yolunu təqdim edir.

1. Qucaqlaşın – qucaqlaşma bu hormonu 2 qat artırır. Amerikalı psixoloq Pol Zak gündə ən azı 8 dəfə qucaqlaşmağı tövsiyə edir. Qucaqlaşdığın insan doğma, yad ola bilər. Eləcə də ev heyvanını qucaqlaya bilərsiz.

2. Ünsiyyətdə olun, söhbət edin – doğmalar, dostlarla canlı ünsiyyət bu hormonu hasil edir.

3. Masaja gedin – yüngül, rahatlaşdırıcı relaks masaj bədəndə bu hormonu artırır.

4. Ev heyvanı saxlayın – ona qarşı qayğı beyini rahatladır.

5. Torpağa toxum səpin – bu beynin kimyasını dəyişir. Elə ki, özünüzü enerjisiz hiss etdiz, bitki, toxum əkin.

6. Şokolad yeyin, şərbət için – çalışın bunlar təbii olsun.

7. Mahnı oxuyun – xoş bir mahnını zümzümə edib iş görmək və ya gəzmək də bu hormonu artırır.