Tribuna İnformasiya Agentliyi

Xorvatiya yığması DÇ-2018-də finala çıxdığına görə 28 milyon dollar alacaq – SİYAHI

12 İyul
Moderator.az TASS-a  əsasən bildirir ki, dünya çempionatı-2018 də finala çıxdığına görə FİFA Xorvat futbol ittifaqına 28 milyon dollar priz ayıracaq.
FİFA-nın 400 milyonluq priz fondunun bölgü sxemi hələ 2017-də təsdiq olunub. İnformasiyadan məlum olur ki, turnirin hər bir iştirakçısı 8 milyon dollar alacaq.
Qrupdan 8/1 finala çıxanlar üçün prizin məbləği 12 milyon dollar təşkil edir. 4/1 finala çıxan futbol təşkilatları isə 16 milyon dollar alacaq.
Mundialın qalibinə 38 milyon dollar çatacaq. İkinci yerə 28 milyon dollar, üçüncü yerə 24 milyon dollar nəzərdə tutulub. Dördüncü yerə çıxan komandaya 22 milyon dollar çatacaq.
Xatırladaq ki, Xorvatiya komandası 11 iyulda İngiltərə yığma komandasını 2:1 hesabı ilə məğlub edərək finala çıxıb. 15 iyulda Fransa yığması ilə final görüşü keçiriləcək.
Şənbə günü Belçika və İngiltərə arasında üçüncü yer uğrunda oyun olacaq.