Xocavənddə şəhid olan Elmir 2 gün əvvəl təltif edilmişdibackend

Xocavənddə şəhid olan Elmir 2 gün əvvəl təltif edilmişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz döyüşdə göstərdiyi şücaətə görə 2 gün əvvəl mükafatlandırılmışdı.
Dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində 6 nəfərlik erməni silahlı qrupunun hücumu nəticəsində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid olub.

E.Qənbərov hadisədən iki gün öncə Ali Baş Komandanın sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.