Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEObackend

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif tipli silah-sursat aşkar ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,  polis əməkdaşları dörd avtomat, bir pulemyot, bir “Foqot”, dörd qumbaraatan mərmisi, iki minaatan mərmisi, dörd alışdırıcı, beş sandıq, iki mobil telefon, 2 515 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.