XOCAVƏNDDƏ ERMƏNİ HƏRBİÇİMİZƏ NİYƏ HÜCUM ETDİ-EKSPERTDƏN ŞƏRHbackend

XOCAVƏNDDƏ ERMƏNİ HƏRBİÇİMİZƏ NİYƏ HÜCUM ETDİ-EKSPERTDƏN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağda hərbiçimizə hücum edən mülki erməni zərərsizləşdirilib: bu, postumuza qumbara atan terrorçu Mirzoyandan sonra ikinci hadisədir. Və dünya erməniliyinin prosesi başlatdığı hesab edilə bilər”. TİA. Az xəbər verir ki, bu sözləri Xocavənddə hərbçimizə hücum edən erməni ilə bağlı siyasi şərhçi Asif Nərimanlı yazıb. Onun sözlərinə görə, Mirzoyanın terror hücumu zamanı ermənilərin tarix boyu mübarizənin əsas vasitəsi kimi seçdikləri terroru yenidən aktivləşdirdiyi ehtimalından və davamlı ola biləcəyindən yazmışdıq: “Ermənistanda millətçi təşkilatların Mirzoyanın ailəsinə maliyyə yardımı etməsi də terror hücumlarının stimullaşdırılması məqsədi daşıyırdı; növbəti dəfə eyni tipli hücuma cəhd edilməsi prosesin başladığı və davamlı olacağını deməyə əsas verir.
Əsas hədəf Qarabağda birgəyaşayışın mümkün olmadığını göstərməkdir”.


Qeyd edək ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Müdafiə Nazirliyindən verilən xəbərə görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır”, – MN-in məlumatında qeyd olunub.

TİA. Az