XOCAVƏNDDƏ DÜŞMƏN ORDUSUNUN MƏRKƏZİ QƏRƏRGAHLA ƏLAQƏSİ KƏSİLDİ – ERMƏNİLƏR DALANA DİRƏNİBbackend

XOCAVƏNDDƏ DÜŞMƏN ORDUSUNUN MƏRKƏZİ QƏRƏRGAHLA ƏLAQƏSİ KƏSİLDİ – ERMƏNİLƏR DALANA DİRƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarabağda hərbi əməliyyatları davam etdirən Azərbaycan Ordusu bütün istiqamətlərdə erməniləri dalana dirəyib. TİA.AZ Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, düşmən ordusu Qubadlı istiqamətində tam geri çəkilib.
Qəzet yazır ki, erməni hərbçiləri bir neçə mühüm yüksəklik və möqeləri itirərək, Azərbaycan əsgərinin qarşıdından qaçmağa başlayıb. Düşmənin xeyli sayda itki verdiyi bildirilir.
Bu əsnada türk qəzeti Xocavənd rayonunda düşmənin küncə sıxıldığını və durumunun vahiməli olduğu barədə də məlumat paylaşıb. JAMAZ.İNFO xəbər verir ki, “Milliyet” yerli mənbələrə istinadən yazır ki, Azərbaycan Ordusunun hücumları qarşısında duruş gətirə bilməyən ermənilər Xocavənddə mühasirə vəziyyətindədir. Belə ki, işğal altında olan torpaqlarımızda mövqe tutan düşmən ordusunun mərkəzi qərargahla əlaqəsi tamamilə kəsilib.
Xatırladaq ki, bu gün səhər Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq, düşmınin Xocavənddə ciddi itkilərin verdiyini, yolların bağlı olması səbəbindən dəstək ala bilmədiyini vurğulsmışdı. Elə Ermənistan Müdafiə Nazirliyi də bildirib ki, Xocavənd şəhəri bu səhərdən etibarən Azərbaycan Ordusunun müşahidəsi altına düşüb.