Xloya Çjao “Ən yaxşı rejissor” kateqoriyası üzrə “Oskar” mükafatı alıbbackend

Xloya Çjao “Ən yaxşı rejissor” kateqoriyası üzrə “Oskar” mükafatı alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Köçərilərin torpağı” filminin rejissoru Xloya Çjao “Ən yaxşı rejissor” kateqoriyası üzrə “Oskar” mükafatı qazanıb.

TİA.AZ  xəbər verir ki, bu barədə Los-Ancelesdə ABŞ-ın kinoakademiyası mükafatının verilməsinin 93-cü mərasiminin translyasiyasını aparan ABC telekanalı bildirib.

Bu kateqoriyada tarixdə ilk dəfə eyni vaxtda iki qadın təmsil olunub, İngiltərə aktrisası Emirald Fennell “Ümidlər verən qız” uğrunda yarışıb. Həmin kateqoriyada eləcə də danimarkalı Tomas Vinterberq, Devid Finçer və Li Ayzek Çun da təmsil olunublar.

Pekində anadan olan, lakin Nyu Yorkda təhsil alan Çjao rejissorluq işinə görə “Oskar” mükafatına namizəd göstərilən Asiya əsilli ilk qadın olub.