Tribuna İnformasiya Agentliyi

Xızıdakı bu baxçada uşaqların həyatı təhlükədədir — FOTO

13 Mart

Xızı rayonu Yeni Yaşma kəndində uşaqların həyatı təhlükə altındadır.

TİA.AZ-ın“Ölkə.Az”-a istinadən məlumatına görə, son günlər yağan yağışlar nəticəsində kəndin uşaq baxçası yarımadanı xatırladır. Ətrafını su basmış müəssisəyə yalnız bir istiqamətdən giriş-çıxış var.

Yerli sakinlərin bildirdiyinə görə, hər qış övladları eyni təhlükəni yaşamaq məcburiyyətində qalırlar.

Mövzunu diqqətdə saxlayacağıq.