Xızıda əraziləri kimlərin hasarladığı bilindi – Faktbackend

Xızıda əraziləri kimlərin hasarladığı bilindi – Fakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xızıdan gələn məlumatda yaşıllıqların dəmir hasarlarla mühasirəyə alındığı, meşəliklərin qırıldığını xəbər vermişdik. TİA.Az-a verilən yeni məlumata görə, hasarlanan ərazilər meşə massivi deyilmiş.
Sözügedən ərazidən çəkiliş aparan müxbirimiz öyrənib ki, həmin torpaq sahəsi Xızı şəhərinin ətrafında yerləşməklə bir hissəsi Xızı bələdiyyəsinin, digər bir hissəsi isə xüsusi mülkiyyətdə olan ayrı-ayrı vətəndaşlara məxsusdur.
Əməkdaşımız araşdırıb ki, həmin yerlər meşə ərazisinə aid deyil. Sözügedən ərazilərə keçirilən baxış zamanı hasarlanma işlərinin bir neçə il bundan əvvəl aparıldığı aydınlaşıb.