Xırdalanda yaşayış binasında partlayış olub – 4 nəfər xəsarət alıb- VİDEObackend

Xırdalanda yaşayış binasında partlayış olub – 4 nəfər xəsarət alıb- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalanda yaşayış binasında partlayış olub.

TİA.AZ xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

TƏBİB-dənverilən xəbərə görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildirHadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.