Xırdalanda partlayış: Dağıntılar altından 2 nəfər çıxarıldı (VİDEO)backend

Xırdalanda partlayış: Dağıntılar altından 2 nəfər çıxarıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abşeron rayonunda evdə partlayış baş verib.
 TİA.AZ-ın Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.
Partlayışdan sonra yanğın başlayıb.
1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.
Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.