Tribuna İnformasiya Agentliyi

Xınalıq kəndində 25 santimetr qar yağıb – FOTO

13 Mart
Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.
TİA.AZ xəbər verir ki, martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən aşağı temperatur (-13) Qubanın Qırız kəndində qeydə alınıb.
Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.
Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub.