XİN rəsmisi: “Ermənistanın sərhəddəki təxribatı üçtərəfli bəyanatın pozulması deməkdir”backend

XİN rəsmisi: “Ermənistanın sərhəddəki təxribatı üçtərəfli bəyanatın pozulması deməkdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistanın təxribat qrupunun Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olmaq cəhdi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın pozulması deməkdir”.
TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə bildirib.
“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində sərhəd yaxınlığında təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni təxribatçısı Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib. Bu, növbəti təxribat xarakterli hərəkət və üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, – XİN rəsmisi vurğulayıb.