XİN-in İDARƏ RƏİSİ VƏ DAHA BİR ƏMƏKDAŞI HƏBS OLUNDUbackend

XİN-in İDARƏ RƏİSİ VƏ DAHA BİR ƏMƏKDAŞI HƏBS OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyində Konsulluq İdarəsinin rəis İilə yanaşı daha bir əməkdaşı həbs olunub. Bu barədə virtualaz.orq məlumat verən mənbə bildirib ki, iyulun 7-də və 8-də iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir.

“Onlar əvvəl həbs olunanların ifadəsi əsasında saxlanılıb. İlqar Əliyev iyulun 7-də tutulub. İyulun 9-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Faiq Bağırov isə bir gün sonra saxlanıb. O, həbs qərarı üçün bu gün (iyulun 10-da) axşamüstü məhkəmə qarşısına çıxarılmalıdır”, – mənbə belə deyib

Saxlanılanların hər ikisinə qarşı CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir: “Onlara verilən ittiham, əsasən, rüşvətlə viza düzəldilməsiylə bağlıdır”.

Səbail Rayon Məhkəməsindən də İ.Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsini təsdiqləyiblər.

Bir qədər əvvəl Səbail Rayon Məhkəməsində Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) XİN-də keçirdiyi əməliyyat nəticəsində tutulanların sayı 5-ə çatıb. Xatırladaq ki, iyulun 3-də keçirilən əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Mollazadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunmuşdu. Onların hər üçünün barəsində Səbail Rayon Məhkəməsinin qərarıyla ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

F.Mollazadə və S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanır.

DTX-nın yaydığı videogörüntülərdə F.Molla-zadənin istintaqa ifadəsindən bir parça yer alıb. Həmin ifadədə o, tenderlər vasitəsilə korrupsiyaya yol verdiklərini etiraf edir və buna görə peşman olduğunu söyləyir.Bu maddələrlə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub. Həbs olunanlar DTX-nın istintaq təcridxanasında saxlanılır.

Xarici işlər naziri Elmar Məmmədyarov ilk dəfə baş verənlərə münasibətini bildirib, unikal.org-a açıqlamasında təəssüfləndiyini ifadə edib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə, çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.

***

Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrilyi ilə baxılacaq.

F.Bağırov mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət alma əməllərində təqsirləndirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib.

Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

Səbail Rayon Məhkəməsində Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.