XİN-dən Ermənistana növbəti çağırışbackend

XİN-dən Ermənistana növbəti çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın dövlət sərhədində növbəti təxribatı ilə bağlı bəyanat yayıb.
Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinidən TİA.AZ-a daxil olan bəyanatda deyilir:
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.
Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir”.
Azərbaycan XİN Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırır.
“Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”, – deyə bəyanatda vurğulanır.