“Xiar as”: Rus nənələr amerikalılara müraciəti ilə dünyanı güldürdü (VİDEO)backend

“Xiar as”: Rus nənələr amerikalılara müraciəti ilə dünyanı güldürdü (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir qrup rus nənə Amerika xalqına videomüraciət yazıb. Yaşlı qadınlar qəfildən ingiliscə danışaraq “Amerika xalqının gələcəyindən narahat olduqlarını” bəyan ediblər.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, video internetdə yayılıb.

 

İstifadəçiləri qondarma müraciətin təkcə təbliğat xarakterli mətni deyil, həm də altyazılı ingiliscə versiyası da güldürüb.
Xüsusən də nənələr videoya subtitrlərdə göstərildiyi kimi “bizi eşidin” və ya “xiar as” sözləri ilə başlayıblar.
“Düz üzünüzə deyirik: nəhayət özünüzü əsarətdən qurtarmağınız lazımdır. Rəhbərləriniz sizi düz cəhənnəmə aparır. Ona görə də növbəti seçkilərdə Demokrat Partiyasının təmsilçilərindən qurtulun”, – deyə nənələr bildiriblər.