Xəzərin sahili sintetik torlardan təmizlənibbackend

Xəzərin sahili sintetik torlardan təmizlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə Regional Ekologiya İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti reydi Xəzər dənizinin Xaçmaz rayonu İstisu qəsəbəsi və Niyazoba kəndi ətrafında keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Tia.az bildirilib ki, reyd zamanı sözügedən ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. Faktla bağlı akt tərtib olunub.

Qadağan olunmuş sintetik torların kim tərəfindən qurulduğunu müəyyən etmək və qanunamüvafiq tədbirlər görmək məqsədilə Su Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.