Xəzərin çirklənməsinin əsas səbəbləri açıqlandıbackend

Xəzərin çirklənməsinin əsas səbəbləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizinin çirklənməsinin əsas səbəbi qurudan daxil olan və ya quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədir.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, ən çox tullantı Xəzər dənizinə çaylar vasitəsilə daxil olur: “Eyni zamanda, sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticəsində çirklənmə davam edir. Bu, çox böyük problemdir. Xəzər dənizi təkcə Azərbaycan tərəfindən çirklənmir. Xəzər regional dənizdir və 5 Xəzəryanı dövlətdən daxil olan tullantılar dənizin çirklənməsinə səbəb olur. Bu problemin qarşısını almaq üçün tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasının qarşısı alınmalı və tullantı suları təmizləyici qurğularda müvafiq standartlara uyğun təmizlənməlidir.

Hazırda Bakı şəhəri tam şəkildə mərkəzləşmiş kanalizasiya sistemi ilə təchiz olunmayıb. Sutəmizləyici qurğuların çox hissəsi ya köhnə olduğu üçün işləmir, qalanlarının əksəriyyəti isə normativlərə uyğun təmizləməni təmin etmir. Bunun nəticəsində də Xəzər dənizinə böyük həcmdə çirkli su axır.