Xəzəri ən çox çirkləndirən istirahət mərkəzləri – SİYAHIbackend

Xəzəri ən çox çirkləndirən istirahət mərkəzləri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Səbail rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların 20-ci sahə, Badamdar və Bayıl qəsəbələrində formalaşdığı qeydə alınıb”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşı Nərmin Babaşova deyib.
Onun sözlərinə görə, Binəqədi və Səbail rayonlarının Xəzər sahili ərazilərində keçirilən monitorinqlər zamanı bu ərazilərdəki “Mambo Beach Hotel”, “Xəzər”, “Dəniz”, “Dərya” istirahət mərkəzlərində və ətrafdakı yaşayış massivlərində formalaşan tullantı sularının mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmaması səbəbindən təmizlənmədən dənizə axıdıldığı məlum olub.
İdarə rəsmisi bildirib ki, son illər yaşayış massivlərinin genişlənməsi isə təmizlənməmiş tullantı sularının həcminin artması ilə nəticələnib:
 

“Binəqədi rayonunda da vəziyyət eynidir. Rayonun Xocəsən qəsəbəsində yerləşən “Golden Water” və “El Babtürk” MMC-lərdə, “Bərəkət 98″ firmasında və digər müəssisələrdə, eləcə də yaşayış massivlərində əmələ gələn tullantı suları da təmizlənmə prosesi keçmədən Xocəsən gölünə, oradan da dənizə axıdılır. Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, sözügedən obyektlərdən dənizə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan çoxdur.”
Nazirlik rəsmisi vurğulayıb ki, hər bir fiziki və hüquqi şəxs, rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün tez bir zamanda ciddi tədbirlər görməlidir.