Xəzərdə su çəkildi, qayıqlar sahildə qaldı – Fotolarbackend

Xəzərdə su çəkildi, qayıqlar sahildə qaldı – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Xəzər dənizində suyun səviyyəsi sürətlə aşağı düşür.
Yeniavaz.com xəbər verir ki, suyun səviyyəsinin aşağı düşməsi dəniz kənarıda maraqlı görüntülər yaradır.
Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı görüntülər paylaşılır.
“Google Earth” proqramı vasitəsilə müşahidə apardığımız zaman da maraqlı görüntülərə şahid olmaq mümkünündür.
Belə görüntülərdən biri Abşeron yarımadasının şimal sahilində kiçikhəcmli qayıqların dayanması üçün hazırlanan dalğaqıranda qeydə alınıb.
5 il əvvəl – 2018-ci ilin may ayında qeydə alınan görüntülərdə qayıqların 33 metr enində girişi olan dalğaqırana rahat şəkildə girib-çıxdıqları görülür.
Lakin 5 il sonra – 2022-ci ilin aprel ayında qeydə alınan görüntülərdən açıq şəkildə görülür ki, suyun çəkilməsi səbəbindən dalğaqıranın dənizlə əlaqəsi tamamilə kəsilib. Dənizlə əlaqəsi kəsilən dalğaqıranda 2 ədəd qayığın da qaldığı görülür.
Məlumat üçün bildirək ki, son illər Xəzərdə suyun çəkilməsini 2 əsas səbəblə izah edirlər. Bunlardan biri yağıntıların miqdarının azalmasıdır.
İkinci səbəb isə Xəzəri su ilə “qidalandıran” əsas mənbədə – Volqa çayı üzərində tikilən hidrotexniki qurğuların sayının artmasıdır. Rusiya son illər Volqanın suyundan iqtisadi məqsədlər üçün daha çox istifadə etməyə başlayıb.
Qeyd edək ki, Xəzərə axan su mənbələrinin 80%-i Volqa, 6%-i Kür, 5%-i isə Ural çayının payına düşür. Bundan başqa Terek, Sulaq və Samurun birlikdə payı 4,5%, İran ərazisindən axan Səfidrud, Şirrud, Gürgan və digər çayların da payı 4,5% təşkil edir.