backend

Xəzərdə daha bir neftçi faciəsi – 1 ölü, 9 itkin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb. 

Gecə saatlarında “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki təzə estakadada neftçilərin istirahət etdiyi budka dənizə düşüb.


TİA.AZ xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı deyib.

Onun sözlərinə görə, budkada 10 nəfər işçi olub: “Aldığım ilkin məlumata görə bir nəfərin cəsədi tapılıb. Qalan 9 nəfər itgin düşüb”.

***

“Azneft” İB-nin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, yaxın dəqiqələrdə hadisə ilə bağlı rəsmi açıqlama olacaq.